II Liqada altıncı tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 3 matç keçirilib.
Çempionatın lideri olan «Şirvan» cari mövsümdə ilk dəfə xal itkisinə uğrayıb.
«Difai» son dəqiqələrdə vurduğu qolla səfər məğlubiyyətindən xilas olubsa, «Marafon» Bərdədən 1 xalla dönüb. «Dinamo» isə Ağdaşda ev sahiblərinin qapısına 4 dəfə yol tapıb.
“Hypers” - “Marafon” 1:1
Qollar: V. Əşrəfli, 20 - M. Caniyev, 63
Hakimlər: Rəsul Babayev, Hüseyn Vəliyev, Tural Bayramov, Rüfət Əhmədov
Bərdə şəhər stadionu
“Ağdaş” - “Dinamo” 0:4
Qollar: N. Muradlı, 22, 71, E. Cahangirli, 54, Z. Bayramov, 61
Hakimlər: Nəriman Ağayev, Elvin Mədətov, Ağadur Mahmudov, Elçin Abdullayev
Ağdaş şəhər stadionu
"Şirvan” - “Difai” 3:3
Qollar: A. Yunanov, 26, 51, 70 - A. Xəlilzadə, 5, E. Ağalərov, 44, H. Nəzərov, 90+2-pen.
Qırmızı vərəqə: A. Qaracəyev, 67 ("Difai")
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Laman Əmirli
Şirvan OİK stadionu

