COP29

Azərbaycan klubu 200 minlik oyunçusu ilə yollarını ayırdı

28 May 16:00 Araz-Naxçıvan 4 610
Azərbaycan klubu 200 minlik oyunçusu ilə yollarını ayırdı

“Araz-Naxçıvan”da ilk ayrılıq reallaşıb.

Bölgə təmsilçisinin ən ödənişli futbolçusu İsmail Azzaui Azərbaycanı birdəfəlik tərk edib.

Klub onunla başa çatan müqaviləni yeniləməyib.

Vaxtilə Almaniya Bundesliqasında çıxış etmiş yarımmüdafiəçiyə böyük ümidlər bəslənsə də, o, Naxçıvan təmsilçisinə lazım olan faydanı vermədi.

Azərbaycanda illik 200 min dollar qazanan belçikalı futbolçu başa çatan mövsümdə “Araz-Naxçıvan”ın heyətində meydana çıxdığı 30 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!