Maaşımızı niyə vermirsiz? - Premyer Liqa klubu böhran içində

25 Fevral 2024 22:30 Araz-Naxçıvan 1 967
Maaşımızı niyə vermirsiz? - Premyer Liqa klubu böhran içində

«Araz-Naxçıvan»ın qeyri-sabit çıxışının səbəbi məlum olub.

Premyer Liqanın 24-cü turu çərçivəsində bu gün «Zirə»yə 0:3 hesabıyla uduzan Muxtar Respublika təmsilçisində maliyyə çətinliyi yaranıb.

Fevralın son günlərini yaşasaq da, region klubu hələ də yanvar ayının maaşlarını ödəməyib. Ödəmələrin gecikməsinin səbəbi onlara açıqlanmır.

Bu da istər-istəməz futbolçularda narahatlıq yaradıb. Xüsusən də legionerlərdə.

Əcnəbi oyunçular yaranmış vəziyyətə görə rəsmilərdən izahat tələb edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!