COP29

“Qazanmadıq, itirdik” - Burada hamı narazıdır, sevinən yoxdur

20 Fevral 16:40 Araz-Naxçıvan 506
“Qazanmadıq, itirdik” - Burada hamı narazıdır, sevinən yoxdur

Premyer Liqanın 23-cü turunun “Səbail” – “Araz-Naxçıvan” görüşünü izləyənlər zövq aldı.

Komandalar turnir cədvəlində eyni xala (30) sahib olduğundan, qarşılaşmanın gərgin keçəsəyinə şübhə yox idi. Hakimin start fitindən sona qədər oyundakı gərginlik səngimək bilmədi.

Matçın əvvəlində meydan sahibləri hesabı açdı, fasiləyə qədər qonaqlar 2 qol vurub önə keçdi, ikinci hissənin gedişində Aleksandr Ramalinqom dublunu rəsmiləşdirməklə “dənizçilər”ə 1 xal qazandırdı.

Hər nə qədər qəribə olsa da, oyundan sonra hər iki komandanın futbolçuları üzgün görünürdü. Elə Vanderson Melo da.

Braziliyalı yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında “Səbail”lə duellə bağlı təəssüratlarını bölüşüb:

“Fikrimcə, azarkeşlər çox yaxşı oyun izlədi. Meydanda futbol adına hər şey var idi.

Xalların bərabər olduğunu nəzərə alsaq, bu oyun finala bərabər idi. Udan tərəf irəliyə doğru iri addım atacaqdı, alınmadı.

Qələbə qazanmaq üçün əla şansımız var idi. Biz ələ düşən fürsətlərdən yararlana bilmədik.

Əvəzində, “Səbail” bərabərlik topunu vurdu. İstənilən halda hər iki komanda meydanda mübarizə apardı.

Fikrimcə, 1 xal qazanmadıq, əksinə, 2 xal itirdik”.

Qeydə alınan 2:2 hesablı heç-heçədən sonra “Araz-Naxçıvan”la “Səbail” xalların sayını 31-ə yüksəldərək 5-6-cı pillələri bölüşürlər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!