Gözlə qaş arasında - Model, əsas təhlükə və şans

17:40 Araşdırma 173
Gözlə qaş arasında - Model, əsas təhlükə və şans

Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununa çıxacaq “Sabah”ı Danimarkada nə gözləyir?

Bəli, “bayquşlar”ı son illərin ən çətin və eyni zamanda ən maraqlı sınaqlarından biri gözləyir.

Rəqib sadəcə Danimarka çempionu deyil.

“Orhus“ötən mövsüm ölkə çempionatında 40 illik fasilədən sonra titul qazanan, yeni baş məşqçi Yakob Poulsenin rəhbərliyi altında oyun fəlsəfəsini dəyişərək daha cəsarətli, dinamik və kollektiv futbol oynamağa başlayan komandadır.

Danimarka mətbuatı “Orhus“un əvvəlki praqmatik modeldən uzaqlaşaraq, topa daha çox nəzarət edən, cinahlardan təhlükə yaradan və mərkəzdə oyunun tempini idarə etməyə çalışan komandaya çevrildiyini xüsusi vurğulayır.

Yakob Poulsen öz komandasının oyununu üç əsas anlayışla ifadə edir: əyləncəli, davamlı və effektiv futbol. Baş məşqçinin məqsədi yalnız nəticəni qorumaq deyil, topa sahib olmaq, hücum təşəbbüsünü ələ keçirmək və futbolçulara son üçdəbirlikdə yaradıcı azadlıq verməkdir.

Bununla yanaşı, “Orhus“ strukturunu itirən və yalnız hücumu düşünən komanda deyil.

Danimarka çempionunun ən güclü xüsusiyyətlərindən biri top itkisindən dərhal sonra həyata keçirdiyi əks-pressinq, bütün futbolçuların müdafiəyə qayıtması və xətlər arasındakı məsafəni mümkün qədər az saxlamasıdır.

Poulsenin özü də komandanın möhkəm müdafiəsini, kollektiv geriyə dönüşlərini və əks-pressinqini oyun modelinin əsası kimi göstərir.

“Orhus“ hücum qurarkən meydanın enindən çox istifadə edir. Gift Links sol cinahda və ya sol vinq-bek mövqeyində irəli çıxaraq komandanın ən təhlükəli genişlik mənbələrindən birinə çevrilir.

Digər tərəfdə Tobias Bech həm cinahdan mərkəzə daxil olur, həm də müdafiə xəttinin arxasına qaçışlar edir.

Mərkəzdə Kristian Arnstad, Mikael Anderson və digər yarımmüdafiəçilər ikinci topları toplamaq, hücumun istiqamətini dəyişmək və cərimə meydançasının ətrafında say üstünlüyü yaratmaq baxımından vacib rol oynayırlar.

Ötən mövsüm Tobias Bek 12 qolla komandanın bombardiri olub, Kristian Arnstad və Patrik Mortensen isə hərəyə 9 dəfə fərqləniblər.

Bu göstərici təhlükənin yalnız bir hücumçudan gəlmədiyini, “Orhus“un müxtəlif mövqelərdən qol tapmağı bacardığını göstərir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti