Ölkəmizin çempionunun bu “uğur resepti”ndən XƏBƏRİ VARMI?

10:40 Araşdırma 173
Ölkəmizin çempionunun bu “uğur resepti”ndən XƏBƏRİ VARMI?

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir.

"Sabah" da bu gün meydana çıxacaq.

Valdas Dambrauskasın komandası Danimarka səfərində "Orhus"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

“Sabah” üçün əsas məsələ açıq, nəzarətsiz və daim keçidlər üzərində qurulan oyuna girməməkdir. Danimarka təmsilçisi fiziki intensivlik, ikinci toplar və yüksək temp baxımından belə oyunda üstünlük qazana bilər.

Masazırlılar tempi müəyyən epizodlarda aşağı salmalı, topa sahib olduğu zaman tələsməməli və rəqibin pressinqə çıxmasını gözləməlidir.

Müdafiə zamanı komandanın xətləri arasında məsafə minimum olmalıdır. Hücumçu ilə yarımmüdafiə xətti arasında böyük boşluq yaranarsa, "Orhus"uin mərkəz futbolçuları üzlərini qapıya çevirərək rahat şəkildə hücumu davam etdirəcəklər.

Buna görə “Sabah”ın ön xətti yalnız mərkəz müdafiəçilərinə təzyiq etməməli, həm də ötürmə xəttini rəqibin dayaq yarımmüdafiəçisinə bağlamalıdır.

Pressinqin başlanması üçün ən uyğun siqnallar rəqibin müdafiəçisinin topu zəif ayağı ilə qəbul etməsi, qapıçıya geriyə ötürmə və ya cinahda arxası meydançaya doğru top qəbul edilməsidir.

Bütün komanda birlikdə irəli çıxmayacaqsa, bir futbolçunun təkbaşına pressinq etməsi "Orhus”a əlavə boşluqlar verəcək.

Topla oyunda “Sabah” meydanı maksimum geniş saxlamalıdır. "Orhus" top olan zonada çoxluq yaratmağa çalışdığı üçün oyunun istiqamətinin sürətlə dəyişdirilməsi vacib olacaq.

Bir cinahda 2–3 qısa ötürmədən sonra əks cinaha verilən diaqonal pas ev sahiblərinin müdafiə strukturunu hərəkətə gətirə və boş zonalar yarada bilər.

Həmçinin “Sabah” uzaq məsafədən və cərimə meydançasının qarşısından zərbələrdən çəkinməməlidir.

"Orhus" müdafiə olunarkən cərimə meydançasının daxilini sıx bağlayır, lakin ikinci toplar və geri çıxarılan ötürmələrdən sonra zərbə imkanları yaranacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti