Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə klubunu dəyişib.
22 yaşlı forvard "Kolambus Kryu"dan ayrılıb və karyerasını "Ərzurumspor"da davam etdirəcək.
Türkiyə klubu rəsmi olaraq azərbaycanlı gəncin keçidini açıqlayıb. Axundzadə Ərzuruma çatdıqdan sonra tibbi müayinədən keçəcək və daha sonra müqavilə imzalayacaq.
Oyunçu özü də sosial mediada mesaj paylaşaraq saytımızın yaydığı xəbəri təsdiqləyib.
Axundzadə bu ilin fevral ayından "Kolambus Kryu"da çıxış edirdi. MLS təmsilçisinə keçməzdən əvvəl "Qarabağ"da oynayıb və üç dəfə Azərbaycan çempionu olub.
Lənkəranlı "Kryu"da 10 matç keçirib. O, hələ qol vurmayıb, lakin 20 mayda ABŞ Kubokunun dörddəbir finalında "Nyu-York Siti"yə qarşı 1:0 hesablı oyunda məhsuldar ötürmə edib. Axundzadə "Kryu"nun ABŞ Kuboku oyunlarının hər üçündə start heyətində yer alıb.
“Kryu” fevralın 9-da klubun U-22 inkişaf proqramının bir hissəsi olaraq Axundzadə ilə müqavilə imzalayıb. 22 yaşdan kiçik oyunçu ilə müqavilə aşağı transfer haqqı ilə imzalana bilər.
Bu məbləğə oyunçunun maaşı və transfer haqqı daxildir ki, bunların hamısı klubun maaş limitinə daxildir.
Axundzadə peşəkar karyerasına 2022-ci ildə "Qarabağ"da başlayıb. O, üç mövsümdə 21 qol vurub.
TFF I Liqanın çempionu olaraq Super Liqaya yüksələn "Ərzurumspor"la bağlanmış müqavilə icarə əsaslıdır. Futbolda ilk addımlarını "Xəzər Lənkəran"da atmış ön xətt oyunçusu 2027-ci ilin iyununadək qardaş ölkə klubunun formasını geyinəcək.
Bu müddətdə onun əməkhaqqısının böyük hissəsi ərzurumlular tərəfindən ödəniləcək. Komanda Super Liqada yerini qoruyarsa, yaxud avrokuboklara vəsiqə qazanarsa, ona böyük miqdarda bonus veriləcək.
"Kolambus Kryu"nun 1,3 milyon dollar qarşılığında sıralarına qatdığı hücumçu ilə kontraktı 3,5 illikdir. Başqa sözlə, 2029-cu ilin yayınadək ABŞ təmsilçisinə məxsusdur.
SPORTİNFO.AZ
