İrlandlar, rumınlar, ukraynalılar... “Qarabağ”ın onlardan nəyi əskikdir?

16:40 Araşdırma 108
İrlandlar, rumınlar, ukraynalılar... “Qarabağ”ın onlardan nəyi əskikdir?

“Qarrabağ” çətin sınaq qarşısındadır.

Ötən həftə Bakıda ÇSKA-nı (Sofiya) qəbul edən ağdamlılar qələbə istəyinə çata biıməmişdi – 0:0.

Bu dəfə Vasili Levski adına Milli Stadionda meydana çıxacaq təmsilçimiz 40 mindən artıq bolqar azarkeşin qarşısında oynayacaq.

Sözsüz, avrokubok təcrübəsi, futbolçu keyfiyyəti və oyun fəlsəfəsi baxımından “Qarabağ” rəqibindən üstün görrünür. “Hərbiçilər”in yeganə üstün cəhəti doğma meydan və çılğınlığı ilə seçilən bolqar azarkeşlərdir.

2018/19 - 2023/24 avrokuboklarda mütəmadi iştirak edən Bolqarıstan təmsilçisi bundan öncəki 2 avrokubok mövsümünü kənardan izləyib. Cari mövsümün 1-ci təsnifat mərhələsində Şimali İrlandiya təmsilçisi “Derssi Siti”ni Sofiyada 3:2, səfərdə 2:1 hesabı ilə məğlub edib.

Öncəki illərə nəzər salanda, ÇSKA-nın “Vasili Levski”də bəzi oyunlarda uduzduğunu görmək mümkündür.

Sofiyalılar 2021-2024-cü illər aralığında öz meydanında 10 oyun keçirməkl 4-də qələbə qazanıb.

ÇSKA – Osiyek (Xorvatiya) – 4:2

ÇSKA – Viktoriya Plzen (Çexiya) – 3:0

ÇSKA - Makedoniya (Şimali Makedoniya) – 4:0

ÇSKA – Bazel (İsveçrə) – 1:0

Digər 2 qarşılaşmada bərabərlik qeydə alınıb.

ÇSKA – Liepaya (Latviya) – 0:0

ÇSKA – Budo Qlimt (Norveç) – 0:0

Yerdə qalan 4 matç isə qonaqların qələbəsi ilə başa çatıb.

ÇSKA – Roma (İtaliya) – 2:3

ÇSKA – Zorya (Ukrayna) – 0:1

ÇSKA – St. Patriks (İrlandiya) – 0:1

ÇSKA – Sepsi (Rumıniya) – 0:2

Düzdür, ÇSKA-nın heyətində öncəki illərlə müqayisədə kifayət qədər dəyişikliklər baş verib. Həm baş məşqçi, həm də futbolçular əvvəlki deyil.

Ancaq söhbət “Qarabağ”ın rəqibinin “Vasili Levski”dəki əzəmətindən gedirsə, faktlardan da göründüyü kimi, “Qarabağ”dan güclü olmayan “St Patriks”, “Zorya”, “Sepsi” kimi komandalar Bolqarıstanda qələbəyə sevinməyi bacarıb.

Əlbəttə, “Viktoriya Plzen”, “Osiyek”, “Bazel” kimi təcrübəli komandaların Sofiyada uduzması, “Roma”nın qapısına 2 top vurulması “köhlən atlar”ı daha diqqətli və məsuliyyətli olmağa səsləyir.

Hər bir halda ÇSKA öz meydanında məğlubedilməz deyil. “Qarabağ”ın səfər komandası statusunu daşıması 90 dəqiqənin tamamında xeyrimizə işləyə bilər.

Bu gün Sofiyada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti