“Qarabağ”, “Neftçi” və “Zirə”ni hansı kanallar göstərəcək?

29 İyul 23:00 Araşdırma 317
“Qarabağ”, “Neftçi” və “Zirə”ni hansı kanallar göstərəcək?

İyulun 30-da avrokuboklarda mübarizə aparan üç komandamız eyni gündə meydana çıxacaq.

“Qarabağ” Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bolqarıstanda ÇSKA-nın qonağı olacaqsa, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində yarışan “Neftçi” elə həmin ölkədə Minsk “Dinamo”sunun qarşısına çıxacaq.

Konfrans Liqasındakı digər təmsilçimiz “Zirə” isə Sumqayıtda “Payde”ni qonaq edəcək.

Üç komandanın hər biri fərqli saatlarda meydana çıxacağından, azarkeşləri maraqlandıran sual oyunların hansı telekanallar vasitəsi ilə canlı yayımlanacağıdır.

Elə isə, təqdim edirik

20:00. Zirə - Payde (İdman Azərbaycan)

21:00. Dinamo – Neftçi (İctimai TV)

22:00. ÇSKA – Qarabağ (CBC Sport)

Ötən həftə baş tutan ilk görüşlərdə “Neftçi” “Dinamo”ya 2:4, “Zirə” “Payde”yə 0:1 uduzub, “Qarabağ” ÇSKA-yla bərabərə qalıb. – 0:0.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 16:30 Çək və bizə göndər!