Millinin yarımmüdafiəçisi qalmaqalla gündəmə gəldi - Narkoman imiş

21:40 Araşdırma 204
Millinin  yarımmüdafiəçisi qalmaqalla gündəmə gəldi - Narkoman imiş

Avstraliya millisinin və “Sassuolo”nun yarımmüdafiəçisi Kristian Volpato Sidneydə qalmaqalla gündəmə gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, polis 22 yaşlı futbolçunu bir gecədə iki dəfə sürət həddini aşdığına görə saxlayıb.

Yoxlama zamanı aparılan narkotik testi kokainə görə ilkin müsbət nəticə verib.

Volpatonun sürücülük vəsiqəsinin ştat ərazisində qüvvəsi müvəqqəti dayandırılıb, əlavə laborator analiz üçün nümunə götürülüb.

Avstraliya Futbol Federasiyası futbolçu ilə əlaqə saxladıqlarını və prosesi izlədiklərini bildirib.

Daha əvvəl İtaliyanın aşağı yaş qrupları üzrə millilərində çıxış edən yarımmüdafiəçi may ayında Avstraliya millisini seçib.

O, DÇ-2026-da 3 matçda oynayıb və komandasının 1/16 finala yüksəlməsinə kömək edib.

kokain-testinden-kece-bilmedi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti