“Qarabağ”, “Sabah” və “Zirə” Azərbaycana nə verdi?

20 İyul 08:30 Araşdırma 363
“Qarabağ”, “Sabah” və “Zirə” Azərbaycana nə verdi?

Azərbaycan UEFA reytinqində əmsalını artıraraq 1.500 xala çatdırıb.

Sportinfo.az xəbər verir ki, bu, “Sabah”, “Qarabağ” və “Zirə”nin avrokuboklarda mərhələ keçdikləri oyunlardan sonra qeydə alınıb.

Azərbaycan ümumilikdə 20,062 xalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750, 27-ci mövqedəki Bolqarıstanın 18,562 əmsalı var.

Klub reytinqində Azərbaycan çempionu "Qarabağ" mövqeyini qoruyaraq qitənin ən güclüləri arasında yer almağa davam edir. Ağdam təmsilçisi son 5 mövsümdə topladığı 33.750 xalla Avropada 59-cu pillədə qərarlaşıb.

"Köhlən atlar" İspaniyanın məşhur "Vilyarreal" (57-ci yer) və Çexiyanın "Slaviya" (58-ci yer) klublarından dərhal sonra gəlir və Çexiya nəhəngi "Sparta"nı (60-cı yer) qabaqlayır.

"Sabah" avrokuboklardakı uğurlu çıxışı sayəsində ümumilikdə 6.000 xal toplayaraq reytinqdə 215-ci pillədə qərarlaşıb.

"Bayquşlar" Kiprin "Apollon" (213-cü yer) və Belarusun "Neman" (214-cü yer) klubları ilə qonşuluqdadır.

Aktivində 5.500 xal olan “Zirə” qəsəbə təmsilçisi turnir cədvəlində 226-cı yerdədir. "Qartallar" bu göstərici ilə Macarıstanın "Puşkaş Akademiyası" (225-ci yer) və Xorvatiyanın "Osiyek" (227-ci yer) komandaları ilə qonşudur.

Yeni mövsümün əvvəlinə olan siyahıya 121.50 xalla Almaniyanın "Bavariya" klubu başçılıq edir. Onu 119.00 xalla İngiltərənin "Arsenal" komandası izləyir.

İspaniya təmsilçisi "Real Madrid" 114.50 xalla üçüncü, Fransanın PSJ klubu isə 113.00 xalla dördüncü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!