“Heç nədən qorxmayın" - Gürcülər “Zirə”nin əlindən “qan ağlayır”

23 İyun 23:00 Araşdırma 261
“Heç nədən qorxmayın" - Gürcülər “Zirə”nin əlindən “qan ağlayır”

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Zirə” Gürcüstan komandası ilə qarşılaşacaq.

“Qartallar”ın 1-ci mərhələdəki rəqibi Kutaisi “Torpedo”sudur.

Həmin “Torpedo” ki, ötən mövsümdə “İberiya” və “Dila”dan geri qalmaqla çempionatı 10 komanda arasında 3-cü pillədə başa vurub.

Cari mövsümdə isə 18 turdan sonra 18 oyundan 26 xal toplamaqla 4-cü yerdə qərarlaşıb.

“Zirə”nin çalışdırıcısı Rəşad Sadıqovun rəqibin təcrübəsini qabardaraq Gürcüstanda çempionatın davam etməsi ilə bağlı verdiyi açıqlama zirəlilərin işinin çətin olacağından xəbər verir.

Qəsəbə təmsilçisinin Konfrans Liqasına sürpriz şəkildə qoşulması və buna hazır olmaması ortaya əlavə çətinliklər çıxara bilər.

Maraqlıdır, Kutaisidən olan azarkeşlər “Zirə” barədə nə düşünür? Püşkə münasibətləri necə olub?

Klubun sosial şəbəkə hesablarında yazılan rəylərə baxanda, ümumi mənzərə ortaya çıxır.

Buyurun, siz də tanış olun:

“Mütləq udacağıq. Çünki biz yalnız zəiflərə uduzuruq”.

“Heç nədən qorxmayın. “Zirə”ni udacaqsınız, buna əminəm”.

“Nədən qorxmalıyıq ki? Kobuletinin “Şukura”sı ilə oynayıb qalib gəlmək istəyirsiniz? Gürcüstan klublarının Avropanı fəth etmək zamanı çoxdan yetişib”.

“Belə rəqiblərdən çəkinəcəyiksə, Konfrans Liqasında nə işimiz var? “Zirə”nin neçə legioneri var, nə qədər büdcəyə sahibdir, avrokuboklarda indiyə qədər nə edib – bunun bizə dəxli yoxdur. “Torpedo” öz oyunu ilə lazım olan nəticəni qazanacaq”.

“Heç də asan olmayacaq. Azərbaycan klubunun büdcəsi “Torpedo”nunkundan 3 dəfə çoxdur və komandaları qat-qat güclüdür. Bu məşqçi və bu heyətlə “Zirə”ni keçmək ehtimalı heç 1 faiz deyil”.

“Azərbaycanın 5-cisi ilə oynayacağıq. Daha nə istəyirsiniz?”.

“Bəli, çempionatı 5-ci yerdə başa vurub. Unutma ki, Azərbaycan çempionatı bizimkindən qat-qat güclüdür”.

“Bundan yaxşı rəqib istəyirdiniz? Başa düşmürəm, başqa hansı komanda ilə oynamaq lazımdır ki, mərhələni adlamaq mümkün olsun. Boş-boş danışmaq əvəzinə meydanda futbol oynasalar, “Zirəni keçmək olar, 2-ci mərhələdəki rəqibi də”.

“Mümkün rəqiblərin arasında bizim üçün ən pis variant oldu. Üstəlik, bizim bəyənmədiyimiz Papunaşvili ilə bəzən milli komandaya çağırılan Volkov oradadır. Bu heyətlə çətin nəsə edə bilək”.

“Hər dəfə avrokuboklara ağır vəziyyətdə başlayırıq – formalaşmamış, tam qurulmamış komanda ilə. “Torpedo”nun işi çətin görünür. Yenə də yaxşısına ümid edək”.

Komandalar arasında ilk oyun iyulun 9-da Bakıda, cavab görüşü bir həftə sonra Gürcüstanda baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı