“Qarabağ” üçün uzaq yerdən - Avrokuboklarda debüt edəcəklər

02:50 Araşdırma 103
“Qarabağ” üçün uzaq yerdən - Avrokuboklarda debüt edəcəklər

“Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi İslandiyadan “Vestri” oldu.

Sportinfo.az xəbər verir ki, “Vestri”İslandiyanın İsafjördur şəhərini təmsil edən futbol klubudur.

Klubun kökləri 1986-cı ilə gedib çıxır, hazırkı “Vestri” isə 2016-cı ildə bir neçə yerli idman təşkilatının birləşməsi nəticəsində formalaşıb. Ev oyunlarını “Kerecisvöllurinn” stadionunda keçirir. Arenanın cəmi 1 600 tamaşaçı tutumu var.

Komandanın hazırkı baş məşqçisi 2026-cı ilin yanvarından ingiltərəli 45 yaşlı mütəxəssis Daniel Osafo-Badudur.

Klub tarixinin ən böyük uğurunu 2025-ci ildə (22 avqust) qazanıb. “Vestri” İslandiya Kubokunun finalında güclü rəqibi “Valur”u 1:0 hesabı ilə məğlub edərək tarixində ilk böyük titulu əldə edib. Bu qələbə sayəsində onlar ilk dəfə avrokuboklara vəsiqə qazanıb. Məhz 2026/27 mövsümündə “Vestri” avrokuboklarda debüt edəcək. İlk rəqibləri isə “Qarabağ” olacaq. Amma o da qeyd edilməlidir ki, “Vestri” 2025-ci ildə yüksək liqada oynasa da, mövsümü 11-ci pillədə başa vuraraq aşağı liqaya düşüb. Hazırda yüksək yox, 1-ci liqada çıxış edən komanda 9 oyundan 13 xalla 6-cı yeri tutur.

2023-cü ildə “Vestri” ilk dəfə İslandiyanın yüksək liqasına yüksəlib. Bu, klub tarixində mühüm dönüş nöqtəsi hesab olunur. Transfermarkt məlumatına görə, komandanın ümumi heyət dəyəri təxminən 1,4 milyon avrodur.

Qeyd edək ki, “Qarabağ”ın “Vestri” ilk oyunu (9 iyul) evdə keçirəcək. Cavab matçı iyulun 16-da İslandiyada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!