Azərbaycan klublarının diqqətinə - UEFA iştirakçıları qruplara böldü

14:20 Araşdırma 229
Azərbaycan klublarının diqqətinə - UEFA iştirakçıları qruplara böldü

Bu gün keçiriləcək avrokubok püşkləri öncəsi UEFA komandaları qruplara bölüb.

Sportinfo.az xəbər verir ki, bununla da Azərbaycan təmsilçilərinin mümkün rəqiblərinin sayı azalıb.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində mübarizəyə başlayacaq “Sabah”ın potensial rəqib sayı 14-dən 7-ə düşüb:

“Şemrok Rovers” (İrlandiya)
“KuPS (Finlandiya)
“Linkoln Red İmps” (Cəbəllütariq)
“Riqa” (Latviya)
“Flora” (Estoniya)
“Larn” (Şimali İrlandiya)
TNS (Uels)

Avropa Liqasında iştirakçı sayının az olması səbəbindən qruplaşdırma aparılmayıb. Bu turnirdə çıxış edəcək “Qarabağ”ın mümkün rəqibləri əvvəlki kimi qalır:

“Jilina” (Slovakiya)
“Voyvodina” (Serbiya)
“Universitatya Kluj” (Rumıniya)
“Alüminiy” (Sloveniya)
“Derri Siti” (İrlandiya)
“Vestri” (İslandiya)

Konfrans Liqasında isə komandalar 5 qrupa bölünüb. “Zirə” 1-ci qrupda yer alıb və onun 5 mümkün rəqibi var:

“Torpedo” (Gürcüstan)
“Velej” (Bosniya və Herseqovina)
“Yelimay” (Qazaxıstan)
“Elbasani” (Albaniya)
“Petrovats” (Monteneqro)

UEFA-da 1-ci mərhələlərin püşkatma mərasimi bu gün keçiriləcək.

Azərbaycanın Konfrans Liqasında digər təmsilçisi - yarışa ikinci mərhələdən başlayacaq “Neftçi”nin rəqibi isə iyunun 17-də müəyyənləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti