Ronaldo 20 ildir dünya kubokunu başı üzərinə qaldırma istəyir - FOTOLAR

10:20 Araşdırma 94
Ronaldo 20 ildir dünya kubokunu başı üzərinə qaldırma istəyir - FOTOLAR

FIFA Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldonun dünya çempionatları tarixlərində çəkilən fotolarını paylaşıb.

Sportinfo.az xəbər verir ki, mundialın rəsmi instaqram səhifəsində yayımlanan fotoxronikada portuqaliyalı ulduzun debüt etdiyi 2006, həmçinin 2010, 2014, 2018, 2022 və onun üçün sonuncu dünya çempionatı olacağı gözlənilən DÇ-2026-dan fotoları yer alıb.

Zəngin karyerasına 5 “Qızıl top” (Ballon d'Or), 5 Çempionlar Liqası kuboku, 2 UEFA Millətlər Liqası çempionluğu və 1 Avropa çempionluğu sığışdıran 41 yaşlı portuqaliyalı ulduzun ən böyük hədəfi kolleksiyasında əskik olan yeganə titulu – dünya kubokunu qazanmaqdır.

Məlumat üçün bildirək ki, Pireney təmsilçisi iyunun 17-də K qrupunda Konqo DR seçməsini sınağa çəkəcək.






Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 17:30 Çək və bizə göndər!
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu