Dünya çempionatında azərbaycanlı futbolçular çıxış edirmi? - FOTOLAR

00:50 Araşdırma 308
Dünya çempionatında azərbaycanlı futbolçular çıxış edirmi? - FOTOLAR

23-cü dünya futbol çempionatına çıxan milli komandaların heyətində azərbaycanlı futbolçular varmı?

Sportinfo.az xəbər verir ki, medianews.az bu suala cavab tapmaq üçün tanınmış idman icmalçısı Rasim Mövsümzadənin köməyi ilə araşdırma aparıb.

Məlum olub ki, DÇ-2026-da yer alan İran millisinin heyətində iki Azərbaycan türkü var: müdafiəçi Milad Məhəmmədi və hücumçu Şəhriyar Muğanlu.

Qapıçı Əlirza Beyranvənd, müdafiəçi Şoca Xəlilzadə, yarımmüdafiəçi Mehdi Turabi və hücumçu Əmirhüseyn Hüseynzadə isə Güney Azərbaycanın simvol şəhəri Təbrizin məşhur “Traktor” komandasının oyunçularıdır.

Yəni DÇ-2026-da həm azərbaycanlı oyunçular, həm də Təbriz komandasının oyunçuları var.

İran yığması bu çempionatda G qrupunda Belçika, Misir və Yeni Zelandiya yığmalarına rəqibdir.

Komandanın oyunçuları DÇ-2026 çərçivəsində yaşıl meydana ilk dəfə iyunun 16-sı bizim vaxtla saat 05:00-da çıxacaq və Yeni Zelandiya ilə mübarizə aparacaqlar.

İran millisinin heyətində bu futbolçular da var:

qapıçılar

Payam Niyazmənd

Hüseyn Hüseyni

müdafiəçilər

Saleh Hardani

Ehsan Hacsəfi

Hüseyn Kənanizadəgan

Ariya Yusifi

Əli Neməti

Ramin Rezaeyan

Danial Eiri

yarımmüdafiəçilər

Səid İzzətullahi

Əlirza Cahanbaxş

Məhəmməd Möhebi

Saman Qoddos

Ruzbeh Çeşmi

Məhəmməd Qurbani

Əmirməhəmməd Rəzzağiniya

hücumçular

Mehdi Taremi

Mehdi Qayedi

Əli Əlipur

Dennis Ekkert.

İran İslam Respublikasının 31 əyalətinin (ostan) 6-sı tarixi Güney Azərbaycan torpaqlarını əhatə edir:

Şərqi Azərbaycan əyaləti (mərkəzi – Təbriz şəhəri), Qərbi Azərbaycan əyaləti (mərkəzi – Urmiya şəhəri), Ərdəbil əyaləti (mərkəzi – Ərdəbil şəhəri), Zəncan əyaləti (mərkəzi – Zəncan şəhəri), Qəzvin əyaləti (mərkəzi – Qəzvin şəhəri), Həmədan əyaləti (mərkəzi – Həmədan şəhəri).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 17:30 Çək və bizə göndər!
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu