AFFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, 2025/26 mövsümündə yerli futbolçuların meydana çıxmasına görə klublara əlavə pul ödənəcək.
Mövsümün yekunlarına görə, "Qəbələ" bu siyahıda birinci, yerli futbolçulara ən az güvənən "Sabah" isə sonuncu olub.
Sportinfo.az xəbər verir ki, sportal.az-ın əldə etdiyi məlumata görə, "Qəbələ"yə 350 min manat ödəniş ediləcək.
Bu məbləğin 50 min manatı birinci olduqlarına, qalan hissəsi əmsallara görə bölgə klubuna düşəcək.
"Qəbələ" bu mövsüm Premyer Liqada 11-ci yeri tutub. Kaxaber Tsxadadzenin komandası pley-off matçında "Mingəçevir"i məğlub edərək elitada yerini qoruya bilib.

