Ürəyi qorumağa kömək edən ən faydalı qidaların SİYAHIsı

07:20 Araşdırma 171
Ürəyi qorumağa kömək edən ən faydalı qidaların SİYAHIsı

Ürək-damar sistemini qorumaqda ən faydalı qidaların göyəm, böyürtkən, gavalı, lobya və yaşıl çay olduğu müəyyən edilib.

Bu barədə alimlər tədqiqat aparıb.

Araşdırmaya görə, bu məhsullar flavanol adlı faydalı bitki birləşmələri ilə zəngindir. Flavanollar qan təzyiqini aşağı salmağa, damarların elastikliyini artırmağa və ürək xəstəlikləri riskini azaltmağa kömək edir.

Tədqiqat zamanı məlum olub ki, insanların əksəriyyəti kifayət qədər flavanol qəbul etmir. Mütəxəssislər bildirirlər ki, banan, kök və kartof sağlam qidalar sayılsa da, flavanol baxımından zəngin deyil.

Alimlər qeyd ediblər ki, gündə 200 qram göyəm və ya bir fincan yaşıl çay qəbul etmək ürək sağlamlığı üçün əhəmiyyətli fayda verə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti