Malta deyib keçməyin – Bunlardan xəbəriniz var?

20:40 Araşdırma 207
Malta deyib keçməyin – Bunlardan xəbəriniz var?

Payızda Millətlər Liqasında mübarizəyə başlayacaq Azərbaycan millisi Avstriyadadır.

Baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk təlim-məşq toplanışına yığışan yığma üzvləri Litva və Lixtenşteynlə oyunlara hazırlaşır.

Seçməmiz Motsartın vətənində olduğu müddətdə iki yoldaşlıq görüşü keçirəcək ki, bugünkü rəqib Malta, iyunun 9-dakı rəqiob San-Marinodur.

Məqsəd təbii ki, yığmada xətlərarası əlaqənin yaxçılaşdırılması, psixoloji hazırlığın ən üst səviyyəyə çatdırılması, futbolçularda qələbə ruhu formalaşdırmaq və ən vacibi, baş məşqçinin oyun fəlsəfəsini futbolçulara aşılamasıdır.

Bəlkə də kimlərdə Malta ilə sınaq matçını uğursuz hesab edərək daha güclü komandalarla qarşılaşmağın vacibliyindən danışır.

Lakin son 1 ildəki nəticələrə baxanda Malta yığmasının kifayət qədər inkişaf etdiyini görmək mümkündür.

Ada təmsilçisi ötən ilin iyun ayından bu yana DÇ-2026-nın seçmə mərhələsi və yoldaşlıq görüşləri çəçivəsində 9 oyun keçirib. 2 dəfə qələbə qazanan maltalılar 2 dəfə heç-heçə oynayıb, yerdə qalan 5 matçda uduzub.

Məğlub etdiyi rəqiblər Sab-Marino və Finlandiya seçmələri olub. Xüsusən ötən ilin noyabrında Helsinkidə meydan sahibləri üzərində 1:0 hesablı qələbə gecənin gözlənilməz nəticəsi hesab olunmuşdu.

Litva ilə görüşlərdəki heç-heçələr də Maltanın sıradan komanda olmadığını göstərir – 0:0, 1:1.

Elə həmin qrupda Polşa ilə Ta Qalidə keçirilən matçda maltalıların güclü Polşa millisinə çətin anlar yaşadaraq 2:3 hesabı ilə uduzması da sıradan göstərici sayıla bilməz.

Bir neçə gün öncə, dəqiq desək, iyunun 1-də Slovakiya ilə yoldaşlıq qarşılaşması da kifayət qədər gərgin keçmiş, slovaklar 2:1 hesablı çətin qələbəyə sevinmişdi.

Maltanın milli üzvlərindən danışmalı olsaq, 19 yaşlı Keyon Evurum icarə əsasında İtaliya A Seriyasında çıxış edən “Torino”nun sıralarındadır.

Təcrübəli Teddi Teuma Belçika “Standart”ının, ötən mövsüm “Şanlıurfaspor”da oynamış Zak Muskat Portuqaliya “Çaveş”inin, Basil Tuma İngiltərə “Ridinq”inin, İlyas Şuaref İsveçrə “Syon”unun, Aleksandr Satariano Yunanıstan “Kaliteya”sının uğurları üçün tör tökür.

Bu adlardan başqa, Malta çempionatında çıxış edən bir sıra təcrübəli futbolçular da var ki, avrokuboklarda kifayət qədər təcrübəyə sahibdir.

Yəni Maltanın adı bizi çaşdırmamalıdır. Rəqib bir çox cəhətlərinə görə Azərbaycan yığmasından üstündür ki, zəif deyil.

Bu gün millimizin bu matçda qalib gəlməsi Sab-Marino ilə matça xoş əhval-ruhiyyədə hazırlaşmaq və Millətlər Liqası öncəsi düşərgədəki atmosferi ən üst səviyyəyə çatması baxımından faydalı ola bilər.

İyunun 5-də Avstriyada keçiriləcək Azərbaycan – Malta qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti