Premyer Liqanın sonuncu - 33-ci turu bəzi rəhbər futbolçular üçün tamaşa meydanı olacaq.
11 nəfər çempionatın başa çatmasına 1 tur qalmış baş tutacaq oyunları kənardan izləyəcək.
Bunlardan 1-i klub prezidenti, 10-u futbolçudur.
“Sabah”dan Coy-Lens Mikels, “Neftçi”dən Emil Səfərov, “Turan Tovuz”dan Roderik Miller, Roberto Olabe və Enrike Silva, “Qəbələ”dən Asif Məmmədov, “Karvan-Yevlax”dan Olavale Doyeni ilə Vadim Abdullayev, “Araz-Naxçıvan”dan Nunu Rodriges, “İmişli”dən Luis Silvestr sonuncu turda meydana çıxa bilməyəcək.
Səbəb adları çəkilənlərin öncəki turlarda qırmızı vərəqə alması və sarı vərəqə limitini doldurmasıdır.
“Sumqayıt”ın prezidenti Riad Rəfiyev də cəzalı durumdadır.
Mayın 21-də “Qəbələ” – “Şamaxı”, bir gün sonra “Sumqayıt” – “Qarabağ”, “Turan Tovuz” – “Sabah”, mayın 23-də “Kəpəz” – “Neftçi”, “Araz-Naxçıvan” – “Zirə”, mayın 24-də “İmişli” – “Karvan-Yevlax” görüşləri baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ

