Tanınmış azərbaycanlı klub prezidentinin qardaşı oğlu, görün, kimdir! - FOTO

20:40 Araşdırma 221
Tanınmış azərbaycanlı klub prezidentinin qardaşı oğlu, görün, kimdir! - FOTO

Misir Əbilovu xatırlayırsız?

Tanınmış klub funksioneri, AFFA-nın üç prezidenti – Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayevin dönəmini görmüş şəxs, “Neftçi”nin keçmiş icraçı direktoru, “Bakılı”nın yaradıcısı və prezidenti, afrikalı futbolçuları Azərbaycana gətirən ilk klub rəhbəri....

Başqa?

...az qala hər həftə İntizam Komitəsi tərəfindən cəzalanan adam, qalmaqalları ilə daim gündəmdə olan futbol rəsmisi, baş məşqçini baxışa dəvət edən, “8-ci kilometr”dəki stadionu AFFA-ya satan (hazırda “Palms Sports Arena”nın yerləşdiyi ərazi) futbolumuzun məşhur Əbilovu.

Misir bəy xeyli vaxtdır futboldan uzaq düşsə də, məşhur soyadı davam etdirən biri var.

“Kəpəz”in və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin şərəfini qoruyan Elcan Abilov.

“Neftçi”nin yetirməsi kimi tanıdığımız yarımmüdafiəçi məşhur futbol funksionerinin lap yaxın qohumudur.

Elcanın dop-doğmaca əmisidir. Kiçik Əbilovun futbola gəlməsində əminin dəstəyi az rol oynamayıb. Yol göstərib, yaxşı futbolçu olacağına inandırıb və bu gün də etimadını əsirgəmir.

Ümid edək ki, Elcan yaşıl meydanlarda futbolçu bacarığı ilə məşhurluq qazanacaq, əmisinin etdiyi qalmaqalların oxşarı ilə yox.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti