Bu ay respublikamızda 14 gün İŞ OLMAYACAQ - Həmin tarixlər

08:10 Araşdırma 137
Bu ay respublikamızda 14 gün İŞ OLMAYACAQ - Həmin tarixlər

Azərbaycanda 2026-cı ilin istehsalat təqviminə əsasən mayda iki tarixi gün və bir bayrama görə qeyri-iş günləri olacaq.

9 May Faşizm üzərində Qələbə Günü, 28 May Müstəqillik Günüdür. Həmçinin Azərbaycanda rəsmi olaraq Qurban bayramı 27, 28 may tarixlərində olacaq.

Belə ki, 9 May Faşizm üzərində Qələbə Günü həftənin şənbə gününə təsadüf etdiyindən 11 may tarixi də qeyri-iş günü olacaq..

27, 28 may tarixləri isə həm Qurban bayramına, həm də Müstəqillik Gününə təsadüf edir.

Bu tarixlər isə müvafiq olaraq çərşənbə və çərşənbə axşamına təsadüf edir. Bayramlar üst-üstə düşdüyündən 29 may tarixində də qeyri-iş günü gözlənilir.

Ümumilikdə bayramlara görə, mayda 9, 11, 27, 28, 29 qeyri-iş günləridir. Şənbə və bazar da daxil olmaqla 14 gün iş olmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?