Türkiyədə Mübariz Mənsimov barəsində yeni istintaq başladıldı

10 Yanvar 14:20 Araşdırma 343
Türkiyədə Mübariz Mənsimov barəsində yeni istintaq başladıldı

Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu azərbaycanlı iş adamı, “Xəzər Lənkəran”ın sahibi Mübariz Mansimov barəsində istintaqa başlayıb.

Sportinfo.az xəbər verir ki, istintaq əsasən bir müddət əvvəl fəaliyyətini dayandıran Ekol TV-nin pul dövriyyəsi, maliyyələşmə mənbələri və səhm paylarının ötürülməsi ilə bağlı məsələlərlə bağlıdır.

Prokurorluq onunla yanaşı Veysel Şahin, hüquqşünas Ersan Şen və Ekol TV-nin baş redaktoru Emrah Doğru barəsində istintaqa başlayıb.

Hüquq-mühafizə orqanları bəzi maliyyə əməliyyatlarını şübhəli hesab edərək onları ayrıca nəzarətə götürüb. Bildirilir ki, kanalın yaradıldığı gündən bu günə qədər olan bütün ortaq strukturları və maliyyə əlaqələri detallı şəkildə araşdırılır.

Təxminən iki ildir fəaliyyət göstərən Ekol TV son dövrlərdə yaşanan iqtisadi çətinlikləri əsas gətirərək yayım fəaliyyətini dayandırmaq qərarı vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur
10 Yanvar 07:30 Metroda yeni GEDİŞ HAQQI
10 Yanvar 03:30 Uğur "Naxçıvan"ın oldu
10 Yanvar 02:50 10 oyunun vaxtı
10 Yanvar 02:00 Onunla da vidalaşdılar