Ölkəmizdə bu məhsullar ucuzlaşa bilər - AÇIQLAMA

9 Yanvar 08:10 Araşdırma 196
Ölkəmizdə bu məhsullar ucuzlaşa bilər - AÇIQLAMA

"Cari ildə mövsümi ərzaq məhsulları və tərəvəzlərin, xüsusilə də göyərtilərin ucuzlaşması mümkündür.

Eyni zamanda dövlət tərəfindən subsidiya ayrıldığı və qida təhlükəsizliyi prinsipləri əsas götürüldüyü üçün un məmulatlarının qiymətlərinin ya ucuzlaşması, ya da ən azı sabit saxlanılması istiqamətində tədbirlərin görüləcəyi gözlənilir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri əlavə edib ki, məqsəd bu məhsulların qiymət artımı prosesinin təsirinə məruz qalmamasını təmin etməkdir: "Bu yanaşma Azərbaycan dövlətinin sosial dövlət siyasətindən irəli gəlir.

Bununla yanaşı, həyat üçün zəruri olmayan, daha çox komfort hesab edilən sahələrə tələbatın azalacağı ehtimal olunur.

Əhali ailə büdcəsinin planlaşdırılmasına yenidən baxdığı üçün bu kateqoriyaya aid məhsul və xidmətlərə maraq əvvəlki səviyyədə olmaya bilər.

Nəticə etibarilə, komfort sahələrində yer alan bəzi meyvə-tərəvəz məhsulları, həmçinin ərzaq və qeyri-ərzaq malları üzrə ümumi tələbat azaldıqca, həmin məhsulların qiymətlərində də ucuzlaşma ehtimalı yarana bilər".

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 03:10 "Lənkəran" QAZANDI