Azərbaycanda bu məhsullar bahalaşacaq

8 Yanvar 08:10 Araşdırma 256
Azərbaycanda bu məhsullar bahalaşacaq

Yanacaqla bağlı qərardan sonra ölkədə bir sıra siqaret məhsullarının qiymətləri 30-50 qəpik bahalaşıb.

Artım əsasən idxal olunan və geniş istehlak edilən siqaret markalarını əhatə edir.

Başqa hansı məhsulların qiymətində artım gözlənilir?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, bu il hibrid və elektrik avtomobillərə tətbiq olunan gömrük rüsumları da artıb, əvvəl mövcud olan güzəştlər ləğv edilib:

“Eyni zamanda ƏDV və aksiz vergisi tətbiq olunmağa başlayıb, əvvəllər bu vergilərə də güzəştlər mövcud idi. Bu il ərzində dolların dəyərinin azalacağı gözlənilir. Manatın dollarla bağlılığı səbəbindən Azərbaycan Mərkəzi Bankının (AMB) “peşəkar siyasəti” nəticəsində milli valyutanın da dəyəri düşəcək. Nəticədə məhsul və xidmətlərin qiymətləri artacaq, kütləvi bahalaşma və inflyasiya yaranacaq. Dövlət Statistika Komitəsi inflyasiya faizlərini hər il açıqlayır, lakin bu rəqəmlər reallığı əks etdirmir”.

Azərbaycanda bu məhsullar bahalaşacaq - Səbəb
Elçin Rəşidov

İqtisadçı bildirib ki, yanacağın qiymətindəki artım dolayı yolla müəyyən məhsulların və xidmətlərin maya dəyərinə birbaşa təsir edəcək:

“Bu, yalnız taksi xidməti ilə məhdudlaşmır, digər sahələrdə, xüsusilə kənd təsərrüfatı və qida sənayesində də qiymət artımını müşahidə edəcəyik. Dolların digər valyutalar qarşısında zəifləməsi manatın da zəifləməsinə gətirib çıxaracaq, nəticədə idxal olunan bütün məhsulların qiymətləri artacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Yanvar 18:10 Çək və bizə göndər!
8 Yanvar 07:30 Böyük bahalaşma QAPIDA