Bakıdakı dünya çempionatında yarışan amerikalı sərt cəzalandı

8 Yanvar 03:50 Araşdırma 218
Bakıdakı dünya çempionatında yarışan amerikalı sərt cəzalandı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ABŞ-nin qol güləşi üzrə idmançısı Timoti Lüisi cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib.

Lüisin 2025-ci ilin oktyabrında Bakıda keçirilən dünya çempionatı zamanı verdiyi nümunəsində qadağan edilmiş maddə (S1. Anabolik Androgenik Steroidlər (AAS)/ 19-norandrosterone; S1. Anabolik Androgenik Steroidlər (AAS)/ trenbolon metaboliti epitrenbolon) aşkarlanıb.

O, üç il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Lüisin cəza müddəti 2028-ci ilin dekabrın 5-də başa çatacaq.

Timoti Lüis "Jolly Joker" arenasında keçirilən mundialda 95 kq çəki dərəcəsində yarışıb. O, sağ əllə 4-cü, solla isə 7-ci pilləni tutub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Yanvar 18:10 Çək və bizə göndər!
8 Yanvar 07:30 Böyük bahalaşma QAPIDA