Bakıda 10 yeni metro stansiyasının yeri...

7 Yanvar 08:00 Araşdırma 1 506
Bakıda 10 yeni metro stansiyasının yeri...

Biz Bakının tarixi memarlıq ansamblını dəyişdirə bilmərik.

Yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər.

Bu istiqamət üzrə bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməklə fəal işləyir.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqlənib,

10 yeni metro stansiyasının yeri müəyyən olunub, əlavə iki depo da tikiləcək. Mövcud metro stansiyalarında optimallaşma layihələri icra edilir.

“Son 20 il ərzində yeddi metro stansiyası tikilib. Əgər onlar tikilməsəydi, görün, indi vəziyyət necə olacaqdı?”, - deyən Prezident İlham Əliyev bildirib ki, mikromobillik, piyadalar üçün daha geniş məkanın verilməsi və bəzi küçələrin ancaq piyadalar üçün təşkili prosesi davam edir və yaxın aylarda ictimaiyyət bunu görəcək.

Eyni zamanda, Bakıda yeni ictimai yerlərin yaradılması çox geniş vüsət alıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”