Bakıda 1 milyon manata yeni futbol arenası tikiləcək - FOTO

19:00 Araşdırma 367
Bakıda 1 milyon manata yeni futbol arenası tikiləcək - FOTO

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş tenderin nəticələri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, tenderin qalibi “Cyberspace” MMC (1400053161) seçilib.

Tender çərçivəsində Yeni Yasamal-1 yaşayış massivində idman zalı və minifutbol meydançasının tikintisi üzrə işlər həyata keçiriləcək.

Qalib şirkətə 966 641 AZN təşkil edib.

“Cyberspace” MMC 2004-cü ildə təsis olunub, nizamnamə kapitalı 40 AZN-dir. Şirkətin qanuni təmsilçisi Həsənov Sənan Musa oğludur.

Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 101, m.14-dür.

Şirkət ƏDV qeydiyyatındadır, aktivdir və riskli vergi ödəyicisi kimi qeyd olunmayıb. Borcu yoxdur.

Bakıda 1 milyon manata yeni futbol meydançası tikiləcək - TENDER | FED.az

Digər Xəbərlər
Xəbər Lenti