Premyer Liqanın ilk 16 turunda 20 fərqli hesab qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, futbolinfo.az-ın araşdırmasına görə, keçirilən 95 oyunun 51-də komandalardan ən azı biri fərqlənə bilməyib.
Azarkeşlər ən çox 1:1 hesabına rast gəliblər. Belə ki, 11 görüşdə komandalar hərəyə 1 qolla aktivlərinə 1 xal yazdırıblar.
9 matçda 1:2, eyni sayda qarşılaşmada isə 2:0 hesabı olub. Mövsümün geridə qalan dönəmində cəmi 8 oyunda azarkeşlər qol izləməyiblər.
Ümumilikdə meydan sahibləri 35, qonaqlar 36 dəfə qalib gəliblər. 24 matç isə “sülh”lə nəticələnib.
Bu mövsüm qeydə alınan nəticələr:
1:1 – 11 dəfə
1:2, 2:0 – 9 dəfə
0:0, 1-0, 0:2 – 8 dəfə
2:1 – 7 dəfə
3:0 – 6 dəfə (1-i texniki)
0:1, 2:2, 0:3 – 5 dəfə
2:3, 1:3 – 3 dəfə
5:1 – 2 dəfə
3:2, 2:4, 4:1, 1:4, 5:0, 0:5 – 1 dəfə
Bir oyunda qonaq komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

