"Şamaxı" müqaviləsinə xitam verdiyi iki futbolçu ilə bağlı AFFA-ya müraciət edib.
Bu barədə federasiyadan redaksiyamıza məlumat daxil olub.
Söhbət adı danışılmış oyunlarda iştirakda hallanan Adil Nağıyev və Georgi Kantariyadan gedir.
Qurumdan bildirilib ki, klub sözügedən müdafiəçi və yarımmüdafiəçinin düşərgədən uzaqlaşdırılmasının səbəblərinə dair bəzi informasiyaları onlara təqdim edib.
Xəbərdə o da qeyd olunub ki, təhqiqat hələlik ilkin mərhələdədir.
Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli da mediaya açıqlamasında bu məsələylə əlaqədar araşdırmadan sonra ətraflı məlumat veriləcəyini bildirib:
"Sözügedən məsələ diqqətimizdədir. İctimaiyyətə bu haqda müvafiq araşdırmalar aparıldıqdan sonra geniş məlumat veriləcək".
“Şamaxı” dünən açıqlama yayaraq müdafiəçi Adil Nağıyev və gürcüstanlı yarımmüdafiəçi Giorgi Kantariya ilə müqaviləyə xitam verildiyini bildirib.
Qeyd olunub ki, məsələ ilə bağlı hazırda başqa bir açıqlama verilməsini istəmirlər.
SPORTİNFO.AZ