Şuşaya görə məhkəməsi başladı - Qarabağ terrorçularının keçmiş komandirinin

27 Aprel 2023 07:10 Araşdırma 1 059
Şuşaya görə məhkəməsi başladı - Qarabağ terrorçularının keçmiş komandirinin

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində hakim Vardces Sarkisyanın sədrliyi ilə Qarabağdakı qondarma ordunun keçmiş komandiri Mikayel Arzumanyanın işi üzrə ilk məhkəmə iclası başlayıb.

Proses bağlı qapılar arxasında davam etdirilir.

Mikayel Arzumanyan “Şuşa şəhəri və ətraf rayonların müdafiəsinin təşkilində məmur səhlənkarlığı” ittihamı ilə həbs edilib.

İstintaq Komitəsinin məlumatına görə, 2020-ci il oktyabrın 30-dan noyabrın 9-dək Şuşa şəhərinin və ətraf rayonların müdafiəsi təşkil edilərkən general-leytenant vəzifə səlahiyyətlərinə səhlənkar münasibət göstərərək, vəzifəsini lazımınca yerinə yetirməyib, bu isə ağır nəticələrə səbəb olub.

Arzumanyan 44 günlük müharibənin son mərhələsində, 2020-ci ildə Cəlal Arutyunyanın yerinə oyuncaq “müdafiə ordusu”nun - əslində isə Qarabağdakı terrorçuların komandiri təyin edilib. O, 2021-ci ilin sentyabrında tutduğu vəzifədən azad edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti