COP29

Azərbaycanda neçə nəfərə qızılca peyvəndi vurulub?

27 Fevral 18:30 Araşdırma 248
Azərbaycanda neçə nəfərə qızılca peyvəndi vurulub?

“Ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinə yoluxma halları qeydə alınır”.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, xəstəlikdən ağırlaşma və ölüm halları, əsasən, qızılcaya qarşı peyvənd olunmayan şəxslərdə müşahidə olunur:

“Bunu nəzərə alaraq, ötən ilin 27 dekabr tarixindən etibarən vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali qrupu arasında da peyvəndlənmə prosesi aparılır.

Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən vaksin preparatları ilə peyvəndlənmə prosesi TƏBİB-in tabeliyindəki ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində könüllülük prinsipi əsasında aparılır.

Peyvəndlənmə prosesinə başlanılan tarixdən bu günədək 11-40 yaş aralığında peyvənd olunan şəxslərin sayı 10 161 nəfər təşkil edib.

Ümumilikdə isə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 12.882 nəfər QPM (qızılca, parotit, məxmərək) və QM (qızılca, məxmərək) peyvəndi olunub”.

“Milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır.

6 yaşından yuxarı heç vaxt peyvənd olunmamış şəxslərin isə 1-ci və 2-ci dozası arasında müddət minimum 4 həftə olmalıdır. Daha öncə QPM peyvəndinin yalnız 1-ci dozasını almış şəxslərdə 1-ci dozanı təkrarlamadan peyvəndləmə davam etdirilməlidir”, - məlumatda deyilir.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"