COP29

Bu günə qədər Qarabağa köçürülən əhalinin sayı AÇIQLANDI

30 Noyabr 2023 20:30 Araşdırma 690
Bu günə qədər Qarabağa köçürülən əhalinin sayı AÇIQLANDI

Bu günə qədər Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin sayı açıqlanıb.

Bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, indiyə qədər Füzuli şəhərinə 308 ailə (1 106 nəfər), Laçın şəhərinə 363 ailə (1389 nəfər), Ağalı kəndinə 175 ailə (871 nəfər), Talış kəndinə 20 ailə (90 nəfər), Zabux kəndinə isə 121 ailə (476 nəfər) köçürülüb.

Ümumilikdə, işğaldan azad edilmiş ərazilərə 987 ailə olmaqla 3 932 nəfər köçürülüb.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"