Mahir Emrelinin mənzilindən oğurluq edənlər – Bu qədər həbsdə yatacaqlar

8 May 2023 13:40 Araşdırma 1 672
Mahir Emrelinin mənzilindən oğurluq edənlər – Bu qədər həbsdə yatacaqlar

Ali Məhkəmədə Azərbaycan yığmasının və Xorvatiyanın "Dinamo” klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə təqsirləndirilən Nicat Vəliyev və Anar Cəfərovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Sportinfo.az xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Vəliyev 6 il və Anar Cəfərov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

M.Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Cəfərov tutulub.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onlar M.Emrelinin evindən başqa, daha 12 mənzili qarət ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO