Azərbaycanda oynadı, 6 il müddətinə azadlıqdan məhrum edildi

7 May 2023 00:40 Araşdırma 1 795
Azərbaycanda oynadı, 6 il müddətinə azadlıqdan məhrum edildi

İspaniya məhkəməsi “Bakı”nın sabiq hücumçusu, "Koke" ləqəbi ilə tanınan Serxio Kontreras Pardo ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Buna onun narkotik ticarəti ilə məşğul olması səbəb olub. Koke Avropada narkotik maddələri idxal edən dəstənin üzvü olduğunu etiraf edib

Onunla yanaşı, daha 17 nəfər həbs edilib.

Bu, Serxio Kontreras Pardonun ilk məhkumluq həyatı deyil. O, 2020-ci ildə narkotik alverində iştirakına görə həbs edilib və bir il səkkiz ay həbs cəzası çəkib.

2012-ci ilin fevralından iyununa qədər “Bakı"da oynayan Koke “Malaqa”, “Marsel”, “Sportinq”, “Rayo Valyekano” kimi klublarda da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti