Azərbaycan klubunun hücumçusu etiraf etdi - Mən narkotacir və dəstə başçısıyam

4 May 2023 17:20 Araşdırma 1 918
Azərbaycan klubunun hücumçusu etiraf etdi - Mən narkotacir və dəstə başçısıyam

“Bakı”nın narkotik alverində ittiham olunan sabiq futbolçusu Serxio Kontreras Pardo məhkəmə qarşısına çıxıb.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu günahını etiraf edib.

O, narkotik maddələrin alınması və yayılması ilə məşğul olan dəstəyə başçılıq etdiyini bildirib.

İspaniyanın Malaqa şəhərinin prokurorluğu daha əvvəl Koke ləqəbli keçmiş futbolçuya 16 il iş istəyib. Lakin onun günahını etiraf etməsindən sonra bu, 6 ilə endirilib.

Serxio Kontreras Pardo 2019-cu ildə narkotik alverində iştirak etdiyinə görə həbs edilib. 8 ay həbsdə qaldıqdan sonra 15 min avro girov ödəyərək şərti azadlığa buraxılıb. Koke bu ilin martında yenidən saxlanılıb.

Karyerası ərzində Fransada “Marsel”, İspaniyada “Malaqa” kimi klubların da formasını geyinmiş Serxio 2012-ci ildə “Bakı”da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO