Dünyada ONLARdan çox qazanan yoxdur…

3 May 2023 03:40 Araşdırma 910
Dünyada ONLARdan çox qazanan yoxdur…

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “Forbes” jurnalının versiyasına görə dünyanın ən çox qazanan idmançılarının reytinqinə başçılıq edir.

Sportinfo.az xəbər verir ki, “Forbes” 2022-ci il mayın 1-dən 2023-cü il mayın 1-dək idmançıların qazandıqları maaşla yanaşı, bütün mükafat və bonusları da nəzərə alıb.

Forvardın gəliri 136 milyon dollar olaraq qiymətləndirilir.

İkinci yerdə 2022-ci ildə reytinqə başçılıq edən “Paris Sen-Jermen” klubunun hücumçusu Lionel Messi qərarlaşıb. O, 130 milyon dollar qazanıb.

“PSJ”nin digər hücumçusu Kilian Mbappe isə 120 milyonla üçüncü olub.

Ronaldo 30 dekabr 2022-ci ildə “Əl Nəsr”ə keçib. Hücumçunun müqaviləsi iki illikdir. Onun klubdakı maaşı ildə 200 milyon avro təşkil edir ki, bu da onu dünyanın ən çox maaş alan futbolçusu edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti