"Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”a rəhbərlik edir. Onun öz strategiyasını həyata keçirməyə, legionerlər almağa vaxtı oldu. Mən başqa ölkələrdən futbolçuları cəlb edə bilmərəm. Necə düşünürsünüz, “Qarabağ” legionerlərsiz eyni komanda olacaq?".
Bu sualla mətbuata açıqlamasında Azərbaycan millisinin çalışdırıcısı Canni de Byazi çıxış edib.
Cənab De Byazi, bəli!
1. Sizin işiniz Qurban Qurbanovun karyerasını vərəqələməkdən ibarət deyil. Üçüncü ildi küllü miqdarda pullar buna görə sənə xərclənmir.
2. Bir haldakı öz məşğul olmalı olduğunuz işi kənara qoyub, Qurbanov karyerasın vərəqləməyə başlamısınızsa, barı bir qədər dərin araşdırın. Gülməli duruma düşməyəsiniz.
Qurbanovun "Qarabağ"da nəsə etməyə heç vaxt vaxtı olmayıb. Mövsümün startından sonra Rasim Karanın formalaşdırdığı komandanın başına keçib. Özünün bir futbolçu belə seçmədiyi heyətlə mövsümün sonu ölkə kubokuna sahib çıxıb.
"Legionerlər almağa vaxtı oldu" - fikrini xüsusi vurğulamısınız. Ancaq burda da araşdırmanı səthi aparmısınız. Yada AFFA-dakı dostlarınızın təbliğat maşınının təsiri altına düşmüsünüz.
Qurban Qurbanov 2008/2009-cu illər mövsümünün sonu legionerlər almadı, əksinə bütün legionerləri yola saldı. Avrokuboklara isə Maksim Medvedev, Qara Qarayev, Əfran İsmayılov kimi gənclərlə yollandı.
Hələ bir sonda ironiya ilə "Qarabağ" legionerlərsiz eyni komanda olacaq?" - deyə sual da ünvanlamısınız.
Qoca italiyan, olacaq gələcək zamandır. Mən isə hətta keçmiş zamanda sizə cavab verə bilərəm ki, olub! Məhz Qurbanovlu "Qarabağ"ın ilk ən böyük uğuru gəlişindən 8-9 ay sonra bir legioner xarici (Albaniyalı Admir Telli) bütünlüklə yerlilərdən ibarət komanda ilə avrokuboklarda olub.
Belə ki, "Köhlən atlar" "Rosenborq" kimi güclü komandanı mübarizədən kənarlaşdırmaqla Avropa Liqasının pley-off mərhələsinə kimi yüksəlib. Burada isə o dövrün çox güclü "Tvente"sinə çox layiqli müqavimət göstərib (1:3, 0:0).
Digər tərəfdən əgər yaxşı legionerlə yaxşı nəticə qazanmaq mümkün olsaydı, büdcəsi "Qarabağ"dan dəfələrlə çox olan, heyəti sanballı legionerlərlə dolub-daşan Azərbaycan klubları illər əvvəl bunu bacarardı.
Elə indi sənin çalışdırdığın Azərbaycan millisini də Qurban Qurbanov legionerlərsiz (1-2 istisna xaric) səndən yaxşı oynadıb. Əsas milli onun rəhbərliyi altında sənin dövründəki kimi Millətlər Liqasında sonuncu pillədən son turda qurtulmasına sevinməyib, birinci pilləni son turda əldən verdiyi üçün üzülüb.
Heç onda Filip Ozobiç, Höccət Haqverdi kimi legionelər də milli komandada yox idi.
XANOĞLAN İMANOV

