Dünyanı silkələyən müharibə ilə bağlı ŞOK PROQNOZ

26 Aprel 2023 08:10 Araşdırma 703
Dünyanı silkələyən müharibə ilə bağlı ŞOK PROQNOZ

Ukrayna aprelin sonuna qədər hər biri 4000-ə yaxın əsgərdən ibarət 12 briqada hazırlamaq niyyətindədir və may ayında əks-hücum əməliyyatına başlamağı planlaşdırır.

Bu barədə “The New York Times” Pentaqonun şəbəkəyə sızan məxfi sənədlərinə və digər mənbələrə əsaslanaraq məlumat yayıb.

Məqalədə ABŞ və NATO müttəfiqlərinin 9 Ukrayna briqadasına təlim keçdiyi və onu tam təchiz etdiyi bildirilir. Məlumata əsasən, qoşunlar ölkənin cənubunda, o cümlədən Ukraynanın Krım yaxınlığındakı Azov dənizindəki sahil zolağında yerləşdiriləcək.

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Aleksandr Verşbounun sözlərinə görə, indi hər şey bu əks-hücumun uğurundan asılıdır. Çünki yalnız belə olan halda rəsmi Kiyevin diplomatiya meydanında əli güclənə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO