“Bu gün ad çəkmək istəmirəm, qoy arxayınlaşmasınlar”

28 İyun 2022 15:00 Araşdırma 843
“Bu gün ad çəkmək istəmirəm, qoy arxayınlaşmasınlar”

“Dünən hazırlığın ikinci mərhələsinə başlamışıq, ayın sonunadək Bakıda qalacağıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Premyer Liqaya qayıdan klubun sükanı arxasına keçən mütəxəssis seleksiya prosesinin hələ davam etdiyini bildirib:

“İyunun 19-dan Bakıda yığışmışıq. İlk mərhələdə Divizionda çıxış etmiş komandanın futbolçuları yoxladıq.

Əksəriyyəti Tovuzdan olan yeniyetmə və gənclərdir. Onlardan 7-9 nəfəri daha çox bəyəndim.

Digər uşaqlar isə bundan sonra əvəzedici komandaya gedəcək. Tovuzdan yenə istedadlar çıxır, sadəcə, onların üzərində işləmək lazımdır.

“Turan”ın Premyer Liqaya qayıtması bu cavanların daha tez inkişafına kömək olacaq. Biz də əlimizdən gələni edəcəyik.

Bu gün ad çəkmək istəmirəm. Qoy onlar arxayınlaşmadan öz üzərlərində işləməyə davam etsinlər”.

Digər Xəbərlər
Xəbər Lenti