AFFA-dan uzaqlaşdırılan funksioner, görün, Ağayevə necə "torba" tikirmiş!

25 İyun 2022 17:00 Araşdırma 1 929
AFFA-dan uzaqlaşdırılan funksioner, görün, Ağayevə necə "torba" tikirmiş!

AFFA Hakimlər Komitəsinin sədri postundan ayrılan Fritz Stuxlikin daha bir xoşagəlməz əməlinin üstü açılıb.

Bu, birbaşa Əliyar Ağayevlə əlaqədardır.

Demə, adıçəkilən FİFA referisinin son 2 ildə UEFA tərəfindən birinci-ikinci kateqoriyalı beynəlxalq rəsmi oyunlara təyinat almamasının səbəbkarı avstriyalı sabiq funksioner imiş.

Belə ki, Stuxlik Ağayevin Azərbaycan Premyer Liqası çərçivəsində çıxdığı matçlarda yol verdiyi səhvləri hər dəfə video-roltk halında Avropa futbol qurumuna göndərirmiş.

AFFA onun hərəkətləri barədə sonradan məlumat tutub. Həmçinin Ağayevin özünə bu barədə bildirilib.

Keçmiş komitə sədri Əliyara qarşı niyə belə qərəzli və qəzəbli mövqe tutub?

FİFA referisi bəzi hallarda komitədaxili iclaslar zamanı onun hakim yoldaşlarına tutduğu iradlarla razılaşmayıb, onları müdafiə edib.

Üstəlik, hakimlər arasında ayrı-seçkiliyə yol verməsinə etirazını bildirib.

Stuxlik sədr postuna təyinat almazdan öncə üzdə olmağı bacarmış «fit sahibləri»ni bir-bir «dənləmək» yolu tutub.

Orxan Məmmədov, Rəhim Həsənov kimi bir çox «ədalət təmsilçiləri» məhz bu səbəbdən sevimli peşəsiylə vidalaşmalı olub.

Əliyar Ağayevi isə bu sahədən uzaqlaşdırmağa isə sadəcə, gücü çatmayıb. Nə qədər də olmasa, o, UEFA-nın «Top-klass» kateqoriyasına aid referilər siyahısında yer alıb.

AFFA da bu məsələdə Stuxlikə açıq dəstək verməyib. Başa düşüblər ki, Ağayev hakimliklə vidalaşsa, ciddi rezonans doğuracaq, federasiya ağır ittihamlara məruz qalacaq.

Axı bu da bir həqiqətdir ki, Əliyar uzun illərdir üzdə olsa da, hələ bir dəfə adı hansısa neqativ hadisədə hallanmayıb, əlini rüşvətə bulaşdırmayıb.

Premyer Liqaya təyinat alanlar arasında tək-tük hakimlərdən biridir ki, reputasiyasını təmiz saxlaya bilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu