Ukrayna tanklarına yanacağı Rusiya verir? - ŞOK İDDİA

25 İyun 2022 01:20 Araşdırma 749
Ukrayna tanklarına yanacağı Rusiya verir? - ŞOK İDDİA

Rusiyanın “Rosneft” şirkəti hazırda həbsdə olan “Rosprirodnadzor” rəhbərinin keçmiş müavini Oleq Mitvolu və jurnalist Andrey Karaulovu məhkəməyə verib.

Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, bir neçə gün öncə Karaulovun Yutub kanalında Ukrayna hadisələri ilə bağlı müzakirələr zamanı Mitvol Ukrayna tanklarının yanacaqla təmin edilməsi məsələsinə toxunub.

O bildirib ki, Ukrayna tanklarının dizeli neft kəməri vasitəsilə “Rosneft”in Samaradakı zavodundan göndərilir.

“Rosneft” isə onun bu fikirləri ilə razılaşmayıb və iyunun 17-də Moskva Arbitraj Məhkəməsinə müraciət edilib.

Şirkət videodakı iddiaları həqiqətə uyğun olmayan və “Rosneft”in şərəf və ləyaqətini ləkələyən məlumat kimi tanımağı tələb edib.

İyunun 8-də Krasnoyarsk məhkəməsi “Rosprirodnadzor” rəhbərinin keçmiş müavini Oleq Mitvolu 900 milyon rubldan çox mənimsəmə işi üzrə həbs edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"