Azərbaycan millisinin ən yaxşı 3 futbolçusu - UEFA açıqladı

23 İyun 17:20 Araşdırma 1 404
Azərbaycan millisinin ən yaxşı 3 futbolçusu - UEFA açıqladı

UEFA Millətlər Liqasının ilk 4 turunun oyunlarından sonra milli komandaların ən yaxşı futbolçularının adlarını açıqlayıb.

Sportinfo.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığmasında Emin Mahmudov hamını qabaqlayıb.

"Neftçi"də çıxış edən 30 yaşlı yarımmüdafiəçi 119 xalla ilk pillədə yer alıb.

Onu hərəyə 113 xalla "Qarabağ"dan qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Bəhlul Mustafazadə izləyir.

C Liqasında mübarizə aparan Azərbaycan milli komandası 3-cü qrupda keçirdiyi matçlarda Qazaxıstan və Slovakiyaya uduzub,

Belarusla səfərdə heç-heçə edib, evdə isə bu komandaya qalib gəlib. Canni De Byazinin başçılıq etdiyi kollektiv hazırda 4 xalla 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 18:00 DEYİN, BƏYƏNDİZMİ?