“İndiki futbolçular arasında aktiv sosial şəbəkə istifadəçiləri var.
İlk növbədə Mahir Emrelinin adını qeyd etməliyəm. Onu daha çox bəyənirəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında sosial şəbəkə fenomeni, AZAL-ın sabiq yarımmüdafiəçisi Nuqzar Kvirtiya deyib.
Ailə həyatı quraraq Bakıda yaşamağa davam edən gürcüstanlı bildirib ki, Azərbaycan millisinin hücumçusu “virtual aləm”də özünə yer etməyi bacarıb:
“Təbii, bu məsələdə “Legiya”da və “Dinamo”da legioner həyatı yaşamasının böyük rolu oldu. Xeyli izləyici kütləsi var. Qara Qarayev də “instagram”da aktiv görünür.
Ruslan Qurbanovun adını çəkə bilərəm. O da “instagram”da kifayət qədər fəaldır. İzləyicilərinin sayı yarım milyonu ötüb.
Özü ilə danışıram, deyir, karyeramı başa vurandan sonra bu sahəyə köklənmək istəyirəm.
Hə, “tik-tok”da Ruslan Abışov aktivliyi ilə seçilir”.

