“Çempionata hazırlığın üçüncü mərhələsini ölkə xaricində keçməyi planlaşdırırıq”.
Bu açıqlamanı Sportinfo.az-a “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə verib.
Onun sözlərinə görə, gediləcək məkan Gürcüstan da ola bilər, Türkiyə də.
Sitat: “Yeni qurulan komanda olduğumuzu nəzərə alsaq, xarici rəqiblərlə oynamaq pis olmaz.
Belədə həm komandanın vəziyyətini görmüş olarıq, həm də çatışmazlıqlar üzə çıxar. Yerdə qalan günlərdə bunların üzərində çalışarıq.
Dediyim kimi, baş məşqçi olaraq tərtib etdiyim plan belədir. Son sözü klub rəhbərliyi deyəcək.
Bu həftənin sonuna qədər bütün suallara aydınlıq gəlməlidir”.

