Avropalı liderlər “bağlı qapılar arxasında” Zelenskidən nə istəyiblər?

17 İyun 2022 13:30 Araşdırma 1 184
Avropalı liderlər “bağlı qapılar arxasında” Zelenskidən nə istəyiblər?

Almaniya, Fransa və İtaliya liderləri iyunun 16-sı Ukraynaya səfərləri zamanı “bağlı qapılar arxasında” ölkə Prezidenti Volodimir Zelenskini Rusiya ilə danışıqlara razı salmağa çalışıblar.

Bu iddianı Almaniyanın “Die Welt” qəzeti irəli sürüb.

Nəşr yazır ki, Kiyevdə səfərdə olan Olaf Şolts, Emmanuel Makron və Mario Draqi Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunun verilməsinin lehinə çıxış ediblər.

“Qarşılığında avropalı liderlər “bağlı qapılar arxasında” çox güman ki, Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar masasına əyləşməyə razı salmağa çalışıblar”, - deyə məlumatda qeyd olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti