“Qarabağ”ın adını eşidincə, “Həmişə bəxtinə xiyar düşməz ki…” dedilər

16 İyun 2022 19:00 Araşdırma 2 140
“Qarabağ”ın adını eşidincə,  “Həmişə bəxtinə xiyar düşməz ki…” dedilər

“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”ə rəqib olması ölkə futbolsevərləri tərəfindən sevinclə qarşılanmadı.

5 mümkün rəqibin arasında ən çətini Polşa çempionu idi ki, kor püşk ağdamlıların bəxtinə məhz onları saldı.

Eyni vəziyyət indi Polşada da yaşanır.

Poznanlı azarkeşlər “Qarabağ”ı keçilməsi çətin rəqib gözündə görərək artıq indidən həyəcan təbili çalır.

İnanmırsınız? Elə isə “Lex”in “feysbuk” səhifəsində yazılan şərhlərlə tanış olun.

Robert Molicki: “Bu komanda nə vaxtsa “Legiya”nı basdırmışdı. “Lex”in bəxti gətirmədi. Amma o biri tərəfdən belə komandalarla qarşılaşmaq yaxşıdır ki, kimin nəyə qadir olduğu görünsün. Hamı əl-ələ verib ölkənin çempionuna dəstək olmalıdır”.

Sebastian Pekala: “O vaxt hamı “Legiya”ya gülürdü. “Qarabağ” güclü rəqibdir və güclü olaraq da qalmaqdadır. Hər il qruplarda oynayırlar”.

Wojtek Kaczmarski: “Qarabağ”ın hesabında təkcə “Legiya” deyil, “Pyast”la “Visla” da var. Ümid edək ki, “Lex” “Qarabağ”la oyunlarda Polşa klublarının məğlubiyyətini unutduracaq”.

Jakub Pytko: “Şəxsən “Lex”in “Qarabağ”la oynayacağına görə sevinirəm. Cəbəllütariq və ya San Marino komandaları üzərində qələbələrə sevinmək zamanı deyil. Uğur istəyiriksə, “Qarabağ” kimi rəqibi məğlub etmək haqda düşünməliyik.

Ruben Buraczek: “Lex” mümkünlərin ən çətini ilə düşdü. “Qarabağ” ardıcıl 8 ildir avrokubokların qrup mərhələsində oynayır. Çətin olacaq. Amma sona qədər döyüşməliyik”.

Benek LP: “Qarabağ” çox güclü rəqibdir. Üstəlik, Azərbayacana səfər də asan olmayacaq”.

Krzysztof Piotrowski: “Həmişə bəxtinə xiyar düşməz ki. Avrokuboklarda uğur qazanmaq istəyən komandanın gözü yüksəkdə olmalıdır. Keyfiyyət və oyun göstərməyin vaxtıdır”.

Kuba Magdon: “Qarabağ”la 2 oyundan sonra “Lex”in hansı səviyyədə olacağını görəcəyik. Mərhələni adlasaq, deməli, qrup mərhələsi arzusu ilə yaşaya bilərik”.

Erik Waranski: “Qarabağ”dan çəkinməyə gərək yoxdur. Biz “Mançester Siti”ni, “Yuventus”u udan komandanın azarkeşləriyik”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti