"Neftçi", "Zirə" və "Qəbələ"nin Konfrans Liqasında mümkün rəqibləri

15 İyun 2022 02:00 Araşdırma 1 990
"Neftçi", "Zirə" və "Qəbələ"nin Konfrans Liqasında mümkün rəqibləri

Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Neftçi", "Zirə" və "Qəbələ"nin də mümkün rəqibləri bəlli olacaq.

Saat 15:00-da başlayacaq püşkatma zamanı “Neftçi” səpələnmiş, digər iki komanda səpələnməmişlər səbətində yer alacaq.

"Ağ-qaralar" bu raundda "Dinamo" (Minsk, Belarus) – "Deçiç" (Monteneqro) və ya “Saburtalo” (Gürcüstan) – “Partizani” (Albaniya) cütünün qalibi ilə, həmçinin “Aris” (Kipr), “Makedoniya” (Şimali Makedoniya) və “Velej”lə (Bosniya və Herseqovina) görüşə bilər.

"Qəbələ"nin mümkün rəqibləri APOEL (Kipr), “Başakşehir” (Türkiyə), “Fehervar” (Macarıstan), “Aris” (Yunanıstan), “Radniçki” (Serbiya), "Zirə"də isə “Dinamo” (Tbilisi, Gürcüstan) – “Payde” (Estoniya) cütünün qalibi, BATE (Belarus), “Kayrat” (Qazaxıstan), “Universtatya” (Krayova, Rumıniya), “Makkabi” (Təl-Əviv, İsrail) komandalarıdır.

Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti