Karyerasını davam etdirmək istədiyi çempionat - Poçettinonun

14 İyun 2022 21:40 Araşdırma 932
Karyerasını davam etdirmək istədiyi çempionat - Poçettinonun

PSJ-nin argentinalı baş məşqçisi Maurisio Poçettino karyerasını davam etdirmək istədiyi ölkənin adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Poçettino İngiltərənin top-klublarından birinə keçmək istədiyini bildirib.

Ancaq o, əvvəlcə karyerasında qısa fasilə vermək niyyətindədir.

Poçettino tezliklə PSJ-nin baş məşqçi postunu tərk edəcək.

50 yaşlı məşqçi 2021-ci ilin yanvarından PSJ-yə rəhbərlik edir. O, parislilərlə ölkə çempionluğunu, kuboku və Fransa superkubokunu qazanıb.

Poçettino əvvəllər İngiltərədə “Tottenhem”ə də rəhbərlik edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti