“Qarabağın bərəkətli torpaqlarından erməni xalqı nə xeyir gördü ki?!”

14 İyun 2022 12:30 Araşdırma 725
“Qarabağın bərəkətli torpaqlarından erməni xalqı nə xeyir gördü ki?!”

“Son həftələrdə bu ölkə rəsmilərinin müxtəlif müzakirə masalarında və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlarda iştirakı göstərir ki, onlar güzəşt limitinin tükəndiyini anlayırlar”.

Bunu Azərbaycan Təhlükəsizlik Şurasının (TŞ) katibi, general-polkovnik Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, süni maneələr yaradan Ermənistanın əsassız iddialardan əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur: “Müharibədəki sarsıdıcı məğlubiyyət Ermənistanın iqtisadi-sosial durumunu tam iflasa sürükləyib, bu dövlətdə daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsi həddinə çatıb. Digər tərəfdən, sülh danışıqlarına etiraz məqsədilə aksiyalar təşkil edən müxalifətin öz məqsədinə çatmayacağı aydın olunca, onlara qoşulanların sayı getdikcə azalır. Həm də bu mitinqlərdə iştirak edənlərin əksəriyyəti yalnız ölkədəki acınacaqlı sosial duruma etirazlarını bildirirlər. Görünən odur ki, Ermənistan cəmiyyətində sülh danışıqlarına həm istək, həm də dəstək var.

Unudulmamalıdır ki, erməni xalqı ötənilki seçkilərdə "müharibə partiyası - hərbi xunta"nı təmsil edən müxalifətə yox, Azərbaycanla danışıqlara başlayacağını bəyan edən hakimiyyət partiyasına etimad göstərdi. Xalq Paşinyana mandatı məhz Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün verib, yəni erməni xalqı düşmənçilikdən bezib, çörək, iş və sabitlik istəyir”.

Ramil Usubov bildirib ki, Prezident İlham Əliyevin Cənubi Qafqazda formalaşdırdığı yeni təhlükəsizlik sistemində bütün dövlətlərin və xalqların rifahının qorunacağı, inkişafının təmin ediləcəyi, gələcəyi üçün risklərin olmayacağı Ermənistan əhalisinə yaxşı məlumdur: “Qarabağın işğal altında olduğu 28 il ərzində orada olan bərəkətli torpaqlardan, zəngin təbii sərvətlərdən 20-30 hərbi cinayətkardan başqa, erməni xalqı nə xeyir gördü ki?! Qarabağda məskunlaşan, Ermənistanda yaşayan əhalinin sosial vəziyyəti bu illərdə günü-gündən pisləşdi, səfalətə sürükləndi.

Ancaq indi onların müqayisə imkanları vardır. 28 il talan edilən, daşı daş üstündə qalmayan ərazilər ötən ilyarımda Qafqazın ən nəhəng inşaat meydanına çevrilib, beynəlxalq hava limanları tikilir, müasir yollar, kilometrlərlə uzanan modern tunellər inşa olunur, "ağıllı kəndlər" salınır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti